Mobil tətbiqlərin hazırlanması

Müraciət edinMobil tətbiqlərin hazırlanması
01

overview

Son illərdə mobil tətbiqlərin hazırlanması və istifadəsi geniş vüsət almışdır. Tətbiqlərin müasirliyi və istifadə asanlığı müxtəlif şirkətləri öz bizneslərinə uyğun mobil tətbiqlərə sahib olmağa həvəsləndirib. İstənilən şirkətə öz müştəriləri və əməkdaşlarının rahatlığını təmin etmək üçün mobil tətbiqə sahib olmaq tövsiyə olunur.

Biznes sahələri üçün mobil tətbiqlərin bir çox üstünlükləri var. Onlardan bəzilərinə nəzər salaq:

  • Müştərilər ilə birbaşa ünsiyyət. Kampaniyalar və endirimlər barədə məlumatlar mobil tətbiqlər vasitəsilə müştərilərə anında çatdırılır.
  • Rəqabət qabiliyəti. Güclü rəqabətin hökm sürdüyü müasir dövrdə mobil tətbiqləri olan rəqiblərə qarşı mübarizədə uduzmamaq və öz uğurlu fəaliyyətini təmin etmək üçün bir şirkət üçün əsas tələb mobil tətbiqə sahib olmaqdır.
  • Müştərilər ilə əlaqə. Əksər mobil tətbiqlərdə mövcud olan əlaqə bölməsi istifadəçilərə birbaşa sorğularını, məmnunluqlarını, təklif və şərhlərini bildirməyə kömək edir.
  • Daimi müştərilər. Şirkətin mobil tətbiqini yükləyən istifadəçilər üçün kampaniyaların təklif edilməsi və xüsusi diqqət göstərilməsi bu istifadəçiləri şirkətin daimi müştərilərinə çevirir.

Mobil tətbiqlərin hazırlanması zamanı bəzi məqamlar xüsusilə nəzərə alınmalıdır. İlk növbədə mobil tətbiqlər sadə və istifadəçilər üçün anlaşılan olmalıdır. Tətbiqin mürəkkəb şəkildə hazırlanması və çətin anlaşılan olması istifadəçi sayında kəskin azalmaya səbəb ola bilər. Digər bir məqam isə mobil tətbiqlərin hazırlanması zamanı yaradıcı ideyalardan istifadə vacib hesab olunur. Tətbiqlərin yaradıcı və cəldedici xüsusiyyətləri və dizaynı istifadəçi sayı ilə yanaşı, məmnuniyyət səviyyəsini də artıracaq.

ONE Studio şirkətinin peşəkar və təcrübəli əməkdaşları müştərilərin biznes və hədəfləri üçün “Adroid” və “iOS” platformalarında unikal mobil tətbiq hazırlamağa və onlara tam texniki dəstək göstərməyə qadirdirlər.

ONE Studio şirkəti olaraq bizim əsas məqsədimiz təkcə gəlirli deyil, həm də cəmiyyət üçün faydalı olacaq bir nəticə ortaya qoymaqdır. Bu səbəbdən də mobil tətbiqlərin hazırlanmasında mühüm mərhələ biznes modelinin dizaynı və analitikadır: tələblərin və biznes proseslərinin keyfiyyət təhlili, marketinq və texniki audit. Konsepsiyanı hazırlayarkən müştəriyə tətbiqi keyfiyyət cəhətdən qiymətlərdirmək, hər hansı dəyişiklik etmək və onu daha da təkmilləşdirmək üçün hazır funksional prototip təklif olunur. Məxfilik siyasətinə ciddi riayət etmək ONE Studio şirkətinin əsas prioritetlərindən biridir.

Ən mükəmməl mobil tətbiqlər müvafiq metriklərin öyrənilməsi və istifadəçi ehtiyacları əsasında funksiyaları təkmilləşdirmək də daxil olmaqla hərtərəfli fəaliyyətin nəticəsində ərsəyə gəlir. ONE Studio şirkəti olaraq biz sıfırdan mobil tətbiqlərin hazırlanması xidmətini təklif edirik.

Davamlı dəstək:

  • sistem funksionallığının monitorinqi: server və məzmunla qarşılıqlı əlaqə problemin həlli;
  • müntəzəm hesabatlarla metriklərin monitorinqi və dekodlaşdırılması;
  • rəylərlə işləmək: izləmə və qarşılıqlı əlaqə;
  • “iOS” və “Android” əməliyyat sistemlərində yenilənmələrə uyğun modernləşdirmə; biznes proseslərinə uyğunlaşma;

Ən çoxda ONE Studio şirkəti olaraq biz mürəkkəb problemləri həll etməyi və cəsarətli ideyaları həyata keçirməyi sevirik. Gəlin birlikdə həqiqətən heyrətamiz bir nəticə əldə edək!