Veb saytlara kontent dəstəyi
Müraciət edin
Garabagh Resort & SPA Hotel üçün veb saytın hazırlanması
Lüks hotel və sağlamlıq mərkəzi üçün funksional və vizual baxımdan zəngin veb saytın hazırlanması

Bumblebee üçün veb saytının hazırlanması
Məktəbəqədər hazırlıq və Montessori xidmətləri təqdim edən təhsil mərkəzi üçün veb sayt hazırlanması

Azərbaycanda Alman İrsi layihəsi üçün veb saytın hazırlanması
Alman memarlarının Azərbaycanda inşa etdiyi tarixi binaları tanıdan mədəni irs platformasının hazırlanması
Ümumi baxış
Kontent üzrə dəstək veb-saytınızda satışla bağlı kontentin yaradılmasını, yerləşdirilməsini və yenilənməsini nəzərdə tutan və resursun informasiya aktuallığını təmin etməyə yönəlmiş veb-saytınızın kontenti üzrə işlərin məcmusudur.
Müntəzəm olaraq dərc edilən yüksək keyfiyyətli, maraqlı və unikal məlumatlar veb-saytınıza əlavə dəyər qataraq, artan güvən, üzvi trafik və dönüşüm nisbətlərinə səbəb olur.
Kontent üzrə dəstək xidməti aşağıda qeyd olunan amillər üçün vacibdir:
- bir neçə mütəxəssis tərəfindən dəstəklənməyə ethiyacı olan layihələr;
- yeni yaradılan və internetdə təbliğata ehtiyacı olan veb-saytlar;
Kontent üzrə dəstək xidmətinin üstünlükləri:
- Hədəf trafikinin artması;
- Brendin müsbət imicinin formalaşması;
- Müştəri loyallığının formalaşması;
İş prosesimiz necədir?
ONE Studio şirkəti olaraq biz veb-saytınızın kontent auditini həyata keçiririk, müvafiq kontenti redaktə edirik və çatışmayan elementləri yaradırıq.
İş prosesimizin mərhələləri
Tərəfimizdən veb-saytın axtarış sistemlərində reytinqinə və istifadəçi qavrayışına mənfi təsir göstərən bütün amillər müəyyən edilir və aradan qaldırılır.
Kontent planının yaradılması
Veb-saytınızın səhifələrinə yerləşdirmək üçün siz tərəfindən təqdim olunan bütün məlumatlar tərəfimizdən toplanılır və təsnif edilir. Bundan əlavə, unikal kontent səhifələrə, cədvəllərə və digər yerləşdirmə seçimlərinə bölünür.
Kontent üzrə iş
Tərəfimizdən veb-saytınız üçün fotoşəkillər, video çarxlar, qrafiklər seçilir və işlənilir. Bundan əlavə, yaradıcı mətnlər hazırlanır, mövcud olan mətnlər üslub, həcm və struktur baxımından redaktə edilir.
Tənzimləmə
Tərəfimizdən veb-saytınızda yerləşdirilən kontent test edilir və zəif elementləri müəyyənləşdirilərək optimallaşdırılır.
Kontent üzrə dəstək xidmətimizin tarifi
Veb-sayt kontenti üzrə dəstək xidmətimizin tarifi müştəri tapşırıqlarının mürəkkəbliyindən və iş prosesinin həcmindən asılı olaraq hər bir halda fərdi olaraq müəyyən edilir.