Loqo hazırlanması
Müraciət edin
Baku Hotel Company üçün loqo və brendinq hazırlanması
Premium qonaqpərvərlik sektorunda fəaliyyət göstərən şirkət üçün vizual identikliyin qurulması

Arsenal Construction Engineering üçün loqotip və korporativ üslub
Yanğın söndürmə və inşaat mühəndisliyi sahəsində fəaliyyət göstərən şirkət üçün loqo və korporativ üslubun hazırlanması.

Baku International Center üçün loqo və brendinq işləri
Beynəlxalq tədbir və konfransların keçirildiyi mərkəz üçün vizual identikliyin yaradılması
Ümumi baxış
Loqo brendin cəmiyyətdə təşviqi və təqdimatı üçün istifadə olunan qrafik işarə, emblem və ya simvoldur. Dizayn məhsulu müştəri və icraçı arasında birgə işin bəhrəsidir.
Loqonun hazırlanması ciddi addımlar ardıcıllığını tələb edir. Bu səbəbdən ilk mərhələdə müştəri və şirkətimiz tərəfindən hansı addımların atılacağı barədə razılıq əldə olunur. Buna əsasən, loqonun hazırlanma mərhələləri planlaşdırılır və hər iki tərəfdən məsul şəxslər təyin olunur. Daha sonra şirkətimiz tərəfindən həyata keçiriləcək xidmətin dəyəri hesablanır.
Məhsulun missiyasının müəyyən edilməsi:
- Rəqabət təhlili;
- Hədəf auditoriyanın təhlili: ehtiyaclar və meyllər;
- Brend auditi;
Bir neçə konsepsiyanın yaradılması
- Vizual və şifahi brend kimliyi üçün tövsiyələr;
- Brend platforması;
- Məhsul və ya xidmətin formalaşdırılması;